Reklam: High Technic
hightechnic

İşə gedən fəhləni maşın vurdu - Bakıda

Bakıda işə gedən fəhləni avtomobil vuraraq öldürüb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Məmmədov Elgün Əliyyət oğlunu avtomobil vuraraq öldürüb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, E.Məmmədov səhər saatlarında fəhlə kimi çalışdığı tikinti şirkətinə gedirmiş.

Yeniçağ.az

www.yenicag.az

83