İşə qəbul edilmədiyi üçün özünü yandırdı – FOTOLAR

İş üçün bir neçə müəssisəyə müraciət edən Mustafa B. mənfi cavab aldığı üçün intihara cəhd edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bədbəxt hadisə Türkiyənin Balıkəsir vilayətində baş verib. Həbsxanadan yenicə çıxmış Mustafa B.-ni heç bir şirkət işə qəbul etməyib. Daha sonra o fəhləlik etmək üçün bələdiyyəyə müraciət edib. Lakin ona 2018-ci ilin aprel ayına qədər işçi qəbul edilməyəcəyi bildirilib. Hiddətlənən keçmiş məhkum bələdiyyə binasının qarşısında üzərinə benzin tökərək, özünü yandırıb.

Yaxınlıqdakı vətəndaşlar hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım çağırıb. Ağır yanıq xəsarəti alan kişi xəstəxanaya yerləşdirilib.

COP29