İşə qəbul prosesində YENİLİK – Süni intellektdən istifadə edilməyə başlandı

İş üçün personalı yeni sifət tanıma sistemi seçir.

Yenicag.az  xəbər verir ki, bu barədə “Washington Post” nəşri məlumat yayıb. Bir çox xarici işəgötürənlər müsahibələrdə süni intellektdən istifadə etməyə başlayıblar. Bu məqsədlə xüsusi neyroşəbəkə hazırlamış “HireVue” şirkətinin sistemi daha populyardır. Sözügedən sistem namizədin danışığını, səsinin tonunu və sifətini müşahidə edir, bundan sonra toplanılmış məlumatları təhlil edərək tövsiyə verir.

Süni intellekt texnologiyasına əsaslanan “HireVue” şirkətinin qiymətləndirməsi mehmanxana işi və maliyyə daxil olmaqla artıq bəzi sahələrdə geniş yayılıb, buna görə bəzi universitetlər tələbələrə müsahibədə ən yaxşı nəticə əldə etmək üçün danışmağın yolunu öyrədirlər. “Hilton”, “Unilever” və “Goldman Sachs” daxil olmaqla 100-dən çox işəgötürən bu sistemdən istifadə edir.

COP29