PYD terrorçuları Suriyanın işğal edilən ərazilərində sakinlərə işgəncə verirlər.
Yenicag.az xəbər verir ki, Anadolu agentliyi PYD terrorçularının İŞİD-lə mübarizə adı altında Rakka şəhərinin dinc sakinlərinə işgəncə verdiyi videonu əldə edib.
Təxminən 1 ay əvvəl çəkilən videoda terrorçuların Rakkadan qərbdə yerləşən Mansura rayonunun 2 sakininə işgəncə verdiyi görünür. Formalarının qolunda PKK lideri Abdulla Öcalanın şəkli olan terrorçular dinc sakinlərin İŞİD üzvü olmadıqlarını özləri də bildiriblər:
“Bilirik ki, siz İŞİD terrorçuları deyilsiniz. Lakin bizə onların harada olduğunu xəbər verməlisiniz”.
İki ay yarım bundan əvvələ aid digər bir videoda isə Kerame qəsəbəsinin sakini Əhməd əl-Abdullah Cabar PKK/PYD terrorçularının vəhşiliklərindən danışır:
“Silahlı insanlar evlərə girir və dinc sakinləri qarət edirdilər. Terrorçular bizə işgəncə verirdi”.