İşğaldan azad edilən ərazilərə keçməyə cəhd edənlər saxlanıldı

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə UAZ markalı avtomaşında olan beş nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib.

Həmin şəxslərin saxlanılması təmin edilərək Ağdam Rayon Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparmaqla hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.