Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İşğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb” - Mikayıl Cabbarov

“Cənab Prezidentin tapşırığı ilə aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası layihə olaraq hazırlanıb”.

Yenicag.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, layihə müzakirə olunub və aidiyyəti üzrə hökumət tərəfindən təqdim olunacaq.

M. Cabbarov qeyd edib ki, konsepsiyaya uyğun olaraq işğaldan azad edilmiş bölgələrin gələcək sosial-iqtisadi planlaşdırmasında əsas götürülən sahələr şəhərsalma və ərazilərin quruluşu ilə bağlı olan məsələlərdir:

“Təbii ki, bunun həyata keçirilməsi üçün zəruri hüquqi, iqtisadi və maliyyə çərçivəsi, güzəştlər və təşviqlər sistemi, eyni zamanda təxirəsalınmaz bir sıra layihələr ali rəhbərimizin müvafiq sərəncamlarına uyğun olaraq artıq həyata keçirilir. Burada xüsusilə dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmiryolu şəbəkəsi, kommunal təchizat kimi məsələləri qeyd etmək olar”.

www.yenicag.az

217