!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İşğalın davam etməsi münaqişənin siyasi həllinə ən böyük maneədir”

!Reklam – Yazi

trend_elmar_mammadyarov_160915“ATƏT məkanındakı münaqişələr regionda sülh və təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. Bu səbəblər tez bir zamanda aradan qaldırılmalıdır”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

Nazir bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılması aprel ayında münaqişə zonasında eskalasiyanın əsas səbəblərindən birdir: “Bu fakt münaqişənin siyasi həllinə ən böyük maneədir. Aprel eskalasiyası göstərir ki, təmas xəttində vəziyyəti təhlükəlidir və istənilən vaxt gərginləşə bilər. Status-kvo dayanıqlı ola bilməz və dəyişməlidir. Biz Vyana və Sankt-Peterburq müzakirələrini yüksək qiymətləndiririk və hesab edirik ki, bunlar düzgün istiqamətdə atılan addımlardır. Həmsədrlərə və xüsusilə Rusiya prezidenti Vladimir Putinə bu istiqamətdə səylərinə görə təşəkkür edirik. Bu dinamikanı saxlamaq lazımdır. Ümid edirik ki, Minsk qrupu bu istiqamətdə vacib rol oynayacaq. Münaqişənin nəticələrinin mərhələli şəkildə aradan qaldırılması, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, nəqliyyat əlaqələrinin bərpası və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ümumilikdə münaqişənin həllinə imkan verəcək. Bu yanaşma BMT-nin müvafiq qətnamələrində də göstərilib”.

E. Məmmədyarov xatırladıb ki, etimad yaradıcı tədbirlər kimi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı qərar qəbul edilib: “Azərbaycan bunu qəbul edib və konstruktiv danışıqlar gözləyir. Son vaxtlar Ermənistan tərəfinin çıxışları göstərir ki, bu ölkə konstruktiv danışıqlar aparmaq istəmir. Ermənistan işğal olunmuş ərazilərdə hərbi potensialını genişləndirir və oradakı vəziyyəti dəyişir. Bu, Ermənistanın əsl məqsədini göstərir. Yaxın gələcək göstərəcək ki, Ermənistan həqiqətən münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak edəcək, yoxsa regionda qeyri-stabilliyə təkan verəcək”.

 

Yenicag.az

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv