İşgəncə verilən Şani Luk SAĞDIR: “Qızımın vəziyyəti ağırdır, təxliyəyə kömək edin” – FOTO/VİDEO

İsraildə yoxa çıxan alman qız Şani Luk sağdır, lakin vəziyyəti çox ağırdır.

Yenicag.az xəbər verir ki, bu barədə Şani Lukun anası məlumat verib. O bildirib ki, İsraildə festival zamanı HƏMAS-ın zorakılığa məruz qalaraq girov götürdüyü qızının sağ, lakin vəziyyətinin çox ağır olduğu barədə məlumat alıb.

“Qızım Şani Luk Qəzza zolağında xəstəxanadadır və vəziyyəti ağırdır… Onu təxliyə etmək lazımdır”, – deyə ana yardım istəyib.

Xuraman Etibarlı