İsgəndər Həmidov vəfat etdi

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu gün dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla məlumat verib:

“Bu gün çox kədərli xəbərlə sizlərə məlumat vermək zorundayam. Milli azadlıq hərəkatının görkəmli nümayəndələrindən biri İsgəndər Həmidovu itirdik. Allah rəhmət eləsin, ruhu şad olsun!”.

Qeyd edək ki, yanvar ayının 24-də halı qəflətən pisləşən İsgəndər Həmidov öncə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə, daha sonra isə “Bakı City Hospital”a yerləşdirilmişdi.

COP29