Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"İsgəndər Həmidovun qrupu ilə birləşmək imkansızdı" - AXH dönəm sədri

Reklam: High Technic

Azərbaycan Xalq Hərəkatı de-fakto parçalanıb və iki qrup halında fəaliyyət göstərir.

AXH-də baş verən proseslərlə bağlı Yenicag.az-a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri, AXH-nin dönəm sədri Əli Əliyev birləşməyi imkansız hesab edir.

Əli Əliyevin sözlərinə görə, AXH-də yaranmış ikitirəliyin aradan qaldırılması mümkün deyil:

“Öz adımdan deyirəm ki, bunu heç müzakirə etmək, bu mövzuya qayıtmağa ehtiyac yoxdur”.

Hərəkatın fəaliyətinə gəldikdə isə dönəm sədri bunları deyib:

“AXH öz fəaliyyətini davam etdirir. Düzdür, rəhbərlikdə ikilənmə, mövqe fərqliliyi var. Biz fəaliyyətimizi başqalarının üzərindən qurmaqdan uzağıq. Öz işimizi görürük. AXH-nin əsasnaməsinə uyğun olaraq fəaliyyət göstəririk. Dönəm sədriyəm, funksiyalarımı yerinə yetirirəm. Çalışırıq fəaliyyətimiz ciddi olsun”.

Səxavət Məmməd

www.yenicag.az

3367