İŞİD 112 ölkədən əsgər yığır

qq12Türkiyə üzərindən Suriyaya keçərək İŞİD-ə qoşulanların statistikası yayılıb. Dünyanın 112 ölkəsindən Türkiyə vasitəsilə İŞİD-ə qoşulanların sayı 19 min 626 nəfərdir. Türkiyənin həbs edərək deportasiya etdiyi İŞİD-çilərin sayı isə 2 min 122-dir.

Ekspertlər dünyanın 112 ölkəsindən İŞİD-in əsgər toplamasını dəhşətli statistika adlandırıb. Bu terror təşkilatının gücünü nümayiş etdirir. Qeyd edək ki, 112 ölkə arasında Azərbaycanın da adı var(publika).