İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının üzvləri döyüş meydanından qaçan onlarla həmkarını diri-diri basdırıb.
Bu barədə AzVision.az “ARA News”-a istinadən xəbər verir.
Ümumilikdə terror təşkilatının 45 nəfəri edam olunub. Edam olunan şəxslər Başir yaşayış məntəqəsindən mövqelərini qoyub qaçdıqları üçün bu cəzaya məhkum edilib. Onlar Kayyara şəhəri yaxınlığında edam olunub.