Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İŞİD 700 kvadrat kilometr itirib

80884Yenicag anspress-ə istinadən bildirir ki, İraq və Şam İslam Dövləti (İŞİD) son altı ayda İraq və Suriyada nəzarət etdiyi ərazinin təxminən 700 kvadrat kilometrini itirib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.

Pentaqonda keçirilmiş mətbuat konfransında Kirbi bildirib ki, silahlı qruplaşma son dövrdə daha çox müdafiə mövqeyinə keçib, əlindəki mövcud əraziləri və tədarük şəbəkəsini qorumaqla məşğuldur.

“Hazırda əllərindəki sahəni qorumağa çalışırlar. Bu, altı ay əvvəlkinə nisbətən 700 kvadrat kilometr daha az sahə deməkdir”, – deyə Kirbi vurğulayır.

O bildirib ki, koalisiya qüvvələrinin hava hücumları İŞİD-in qorumağa çalışdığı bu ərazilərə istiqamətlənib. Kirbi müharibənin hazırda həmin nöqtələrdə getdiyini vurğulayıb. “Hazırda hələ də əllərində geniş ərazilər olsa da, bu, bir neçə ay əvvələ baxanda xeyli azdır”, – deyə o vurğulayıb.

www.yenicag.az

330