ABŞ prezidenti Barak Obama Suriyada gedən proseslərə münasibət bildirib.
Yeniçağ.Az xəbər verir ki, Obama İraqda ABŞ-ın Səddam Hüseyni devirməsindən sonra İŞİD-in meydana çıxdığını bildirib.
“Biz 2003-cü ildə Səddamı devirərkən buraxdığımız səhvləri buraxmamağa çalışmalıyıq. Səddamən devrilməsi İŞİD-in meydana çıxması ilə nəticələndi”, deyə Obama Makdil hərbi hava bazasında hərbçilər qarşısında etdiyi çıxışı zamanı vurğulayıb.
Yeniçağ.Az