İŞİD terror qruplaşması ABŞ-ın Suriyaya göndərdiyi humanitar yardımı məhv edib. Yenicag.az xəbər verir ki, bu barədə “əl-Ərəbiyyə” telekanalı xəbər yayıb.
Telekanalın bildirdiyinə görə, silahlılar Amerika toyuq əti ehtiyatlarını ona görə yandırıblar ki, toyuqlar ABŞ-da şəriət qaydasında kəsilməyib və halal sayıla bilməz.
İnsidentin Suriyanın Hələb əyalətində qeydə alınıb. Bu əyalət qismən İŞİD terrorçularının nəzarətindədir.