İŞİD Angela Merkeli ölümlə hədələdi

104822_res_01İŞİD qruplaşması Almaniya və Avstriyada terror aktları həyata keçirmək niyyətində olduğu barədə video yayıb. Videoda həmçinin Almaniya kansleri Anqela Merkel ölümlə hədələnib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Die Welt” nəşri yazıb.

Sübut üçün silahlılar iki girovu edam edib. Edam İŞİD-in ələ keçirdiyi Suriyanın Palmira şəhərində baş tutub.

Qeyd olunur ki, silahlılar video görüntülərdə ilk dəfə olaraq alman dilində danışıb. Bu isə terrorçuların sırasında almaniyalı və avstriyalı cihadçıların olduğundan xəbər verir.