!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD Azərbaycanda terror əməliyyatı gerçəkləşdirə bilərmi?

!Reklam – Yazi

imagesMahmud Hacıyev: “Polis əhalinin daha sıx olduğu yerlərə də kifayət qədər nəzarət etmək gücündədir”

Parisdə baş verən terror hadisəsindən, eyni zamanda, Misirin Sinay yarımadasında Rusiya sərnişin təyyarəsinin partladılmasından sonra Avropa ölkələri, Türkiyə, Rusiyada təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Hətta bir sıra ölkələrdə fövqəladə vəziyyət elan olunaraq, komandan saatı da tətbiq olunub. Bütün bunlar yeni terror hadisələrinin baş verməsinin qarşısını almağa hesablanıb. Azərbaycan da vaxtilə erməni terroru ilə üz-üzə olub. Keçən əsrin 90-cı illərində ermənilər tərəfindən ölkəmizdə də bir sıra terror aktları həyata keçirilmişdi. Son hadisələr fonunda görəsən, Azərbaycanda, xüsusən də əhalinin daha çox toplaşdığı məkanlarda təhlükəsizlik tədbirləri nə dərəcədə güclü şəkildə təmin olunur?

Sabiq polis polkovniki Mahmud Hacıyev Yenicag.az-a açıqlamasında bildirdi ki, bu istiqamətdə yük polis qüvvələrinin üzərinə düşüb və onlar da işin öhdəsindən uğurla gəlirlər: “Əhalinin şəhərdə daha çox miqrasiya etdiyi yerlərdə təhlükəsizliyi məsələsinə cavabdeh olan qurumlardan ən başlıcası MTN-dir. Amma bu qurumdakı hazırkı vəziyyəti şərh etməyə ehtiyac yoxdur. Həmin qurumun rəhbərliyində təmsil olunanlar dükan-bazar işlərinə baxırmışlar, yəni ticarətlə məşğuldurlar. MTN bu fonda da demək olar ki, sonuncu 10 ildə iflic vəziyyətə düşüb. Onlar ancaq cinayət törətməklə məşğul olublar. Buradan görünür ki, MTN əhalinin daha çox təmasda olduğu yerlərə nəzarət də etməyib. Deməli, təhlükəsizlik məsələləri üzrə yük polisin üzərinə düşüb. Onu da qeyd edim ki, polis əhalinin daha sıx olduğu yerlərə kifayət qədər nəzarət etmək gücündədir. Onlar bu sahədə kifayət qədər də sayıq işləyirlər. Polislərin sayının həddən artıq çox olması da bu sayıqlığın olmasına müsbət mənada təsir edir. Məhz polisin əməyi sayəsində əhalinin daha çox toplaşdığı məkanlarda təhlükəsizlik məsələləri də kifayət qədər təmin olunub. Eyni zamanda, onu da vurğulayım ki, Azərbaycanı təhlükəsizlik baxımından Allah da qoruyur. Bu məcazi məna kəsb etsə də, həqiqətən belədir”.

 

ELÇİN

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv