İŞİD bombaçısı Bakıda (?)

74911Azərbaycanda tanınmış dini radikallardan olan Üzeyir Simirov döyüşmək üçün Suriyaya getsə də arzusuna çatmayıb. Bu barədə Yenicag.az Moderator.az-a istinadən bildirir.

Məktubda qeyd edilir ki, Üzeyir Simirov Türkiyənin Qaziantep şəhərində saxlanılaraq, Azərbaycana deportasiya edilib.

Məktubda o da bildirilir ki, hazırda Üzeyir Simirov Bakının Qala kəndi, “Ləzgi” məscidi, Dərnəgül və sairə yerlərdə İŞİD ideologiyasını yaymaq və gəncləri cəlb etmək üçün hücrə evləri təşkil etmək cəhdləri göstərir: “Simirov Üzeyir Türkiyədə saxlanılmamışdan əvvəl radikal cihadçıların lideri Abu Hanzala camaatı ilə əlaqədə olub.

Simirov Üzeyirin həyatı çox qaranlıqlıdır. O, Azərbaycanda ilk dəfə cihad ideologiyasını təbliğ edənlərdəndir. Simirov Üzeyir “Əl-Qaidə”nin üçüncü şəxsi sayılan Əbu Yəhya ƏL-Libi tərəfindən hazırlanmışdır. Əbu Yəhya əl-Libi 1996-1999 ci ildə Azərbaycan olanda heç kim onun “Əl-Qaidə”-nin önəmli şəxsi olduğunu bilmirdi. Əbu Yəhya əl-Libi Azərbaycana o zamanlar Mərəkeş pasportu ilə gəlmişdi və o zaman Azərbaycanda fəaliyyət göstərən “Əl-Hərameyn” xeyriyyə təşkilatının Yasamal rayonu, Alatava məhələsində yerləşdiyi ofisinin direktoru idi. Simorov Üzeyir o zaman Əbu Yəhya əl-Libinin köməkçisi idi. Əbu Yəhya əl-Libi 1999-cu ildə Azərbaycan rayonlarından qanunsuz dini təbliğat apardığı üçün həbs edilsə də, onun əsl kimliyi bilinməmişdir və Azərbaycandan deportasiya edilmişdir. Simorv Üzeyir Əbu Yəhya əl-Libinin kim olduğunu yeganə bilən şəxs idi.

11 sentyabr hadisələrindən sonra “Əl-Harameyn” xeyriyyə təşkilatı Səudiyyə Ərəbistanı başda olmaqla bütün ölkələrdəki filiallarını bağlamış və təşkilatın mərkəzi ofisinin rəhbəri Şeyx Abdurrahman əl-Aqil Səudiyyə dövləti tərəfindən həbs edilmişdir.

Əbu Yəhya əl-Libi 2012-ci ildə Vəziristanda amerkanlılar tərəfindən öldürülnmüşdür”.

Məktubda vurğulanır ki, Simirov Üzeyir Əbu Yəhys əl-Libi ilə birlikdə Pankisi dərəsində olub və partlayıcılardan istifadə etmək təlimlərini alıb: “Əl-Harameyn” xeyriyyə təşkilatı Simorov Üzeyrə Qobustanda məscid və mədrəsə tikmək üçün o zaman 1 milyon dollar maliyyə ayırmışdı. Məscid hazırda da qanunsuz fəaliyət göstərir və İŞİD  ideologiyasının təbliğ edildiyi mərkəzlərdən biridir. Qobustanda-Simirov Üzeyirin qanunsuz fəaliyət göstərdiyi məscidə Qaradağ rayonunda BP və Sanqaçal terminalında işləyən insanların cəlb edilməsinə çox önəm verilir.

Simirov Üzeyir çox çalışır ki, BP və Sanqaçal terminalında işləyən insanları ətrafına cəlb etsin. Bu da onun pis məqsədlər güdməsinin göstəricisidir.

 

Simirov Üzeyir məscidləri dolaşır və didnarları İŞİD-ə qatılmağa şağırır. Suriyaya İŞİD-ə qatılmağa getmək istəyənlər üçün bilet və yol pulu ilə təmin edir və Türkiyədə əlaqədə olduğu Abu Hanzala camaatına göndərir.

 

Simorov Üzeyrin Azərbaycanda intihar əməliyyatı təşkil edərək terror həyata keçirməsi an məsələsidir. Azərbaycan dövlətini tez bir zamanda tədbir görməyə dəvət edirik”.