“İŞİD” terror təşkilatı Pakistan və Əfqanıstan ərazilərində əməliyyatlar keçirəcək qruplaşmanın yaradıldığını bəyan edib.
Yenicag.az apa-ya istinadən bildirir ki, müvafiq bəyanatın audio yazısı “Twitter” sosial şəbəkəsində yerləşdirilib.
Ekspertlər bunu Pakistan və Əfqanıstan ərazilərində fəaliyyət göstərən “Əl-Qaidə” və “Taliban” təşkilatlarına qarşı çağırış kimi qiymətləndiriblər.