Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İŞİD-çi döyüldü

76765Almaniyada İŞİD terror təşkilatına dəstək verdiyi səbəbiylə həbs olunan şəxs həbsxanada döyülüb.

Məlumata görə, hadisə Stutqart-Stamheim həbsxanasında baş verib. Mohammad A. adlı 38 yaşlı məhbus həbsxanada kürd əsilli bir nəfər tərəfindən döyülüb.

Mohammad A. hadisədən sonra xəstəxanaya aparılaraq müalicə edilib. Həbsxana müdiri hadisə faktını təsdiqləyib. İŞİD-çi məhbusu döyən şəxs haqqında qəsdən sağlamlığa zərər vurma maddəsi ilə istintaq başladılıb.

Qeyd edək ki, Mohammad A. adlı şəxs İŞİD-ə dəstək olmaq, təşkilata müxtəlif cihazlar və hərbi geyim təmin etməkdə ittiham edilir. Döyülən məhbus 2013-ci ilin noyabr ayından bu yana həbs edilib. (anspress.com)

Loading...

www.yenicag.az

396