!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-dən növbəti vəhşilik

!Reklam – Yazi

isis_militants_260714İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Ər-Ramadi şəhərində qruplaşmaya üzv olan 50 nəfəri edam edib.

Bu barədə İraqın “Al Sumaria” telekanal xəbər yayıb.

Bu terror təşkilatının öz yaraqlılarını edam etməsinə dair qeydə alınan ilk fakt deyil. Lakin bu dəfə ki edam onların qorxaraq öz döyüş mövqelərini qoyub qaçmaları ilə bağlıdır. Yerli KİV isə yaraqlılara üzərlərinə partlayıcı qurğu bağlamaqdan imtina etdiklərinə görə edam olunduğunu qeyd edib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv