İŞİD-dən qorxunc fitva: “Adam yeyə bilərsiniz”

123036_res_01İŞİD terrorçularına müsəlmanın həyatını xilas edə biləcəyi halda əsirlərin daxili orqanlarını kəsib çıxarmağa icazə verilib.

Bu barədə İŞİD-in verdiyi fitvada bildirilir.

Həmin fitvanın mətnini “Reuters” agentliyi əldə edərək yayıb. Mətn ABŞ xüsusi təyinatlıları tərəfindən 2015-ci ilin mayında Suriyadakı reyd zamanı ələ keçirilib.

“Kafirlərə və ya onların həyatına, daxili orqanlarına hörmət etmək lazım deyil” – deyə fitvada bildirilir.

Fitvada qeyd olunur ki, kafirlərin daxili orqanları zərərçəkən bundan sonra hətta ölsə belə kəsilib götürülə bilər və buna görə heç bir cəza olmayacaq.

İŞİD “kafirlərin daxili orqanlarının yeyilməsini də onlardan fayda götürməyin” daha bir yolu elan edir.

Xatırladaq ki, İraq hakimiyyət orqanları İŞİD-çiləri insan orqanlarının ticarətində dəfələrlə ittiham edib.

ABŞ xüsusi təyinatlıları 2015-ci ilin mayında Suriyada “neft naziri” olan İŞİD səhra komandiri Əbu Səyyafı öldürüb. Əbu Səyyafdan xeyli disk və fləş-kart götürülüb. Həmin disklərdə insan orqanları alverinə dair də məlumatlar yer alıb.(virtualaz)