Reklam: High Technic
hightechnic

İŞİD-dən şok SEÇKİ ÇAĞIRIŞI – FOTO

isid-secim-kafirlerin-isidir-boykot-edin-1818501İŞİD terror təşkilatı Türkiyədə seçkilərin baş tutmamasına çalışır. Belə ki, Türkiyənin müxtəlif məşhur küçə divarlarına “Səs vermə Allaha şərik qoşmadır” və “Hakimiyyət Allahındır” sözləri yapışdıraraq, insanları səsverməyə qatılmamağa dəvət edir.

Yenicag.az xəbər verir ki, İŞİD-in Türkiyə təmsilçilərindən olan “Əbu Hanzala” kod adlı Halis Bayancuka bağlı “Tövhid” jurnalı da bu “seçki təşviqatı” ilə məşğul olur.

Bundan başqa İŞİD bir video yayaraq, seçkiləri boykot etdiyini açıqlayıb. Videoda seçkinin kafir əməli olduğu açıqlanıb.

İŞİD-çilər siyasilərə də çağırış ediblər: “Sizin qanun yazma haqqınız yoxdur. Oğrunun əlini kəsin. Zinanı və içkini qadağan edin. Haqsız yerə adam öldürəndən qisas alın. İbadət edilən türbələri-pirləri yıxın”.

İŞİD-çilər xalqa etdikləri “zarafat”ın sonunda milləti “Xilafətdə yaşamağa” dəvət ediblər.

Qeyd edək ki, İŞİD və digər xəvaric qruplar seçkilərə qarşı çıxırlar.  Azərbaycanda da əksər xəvariclər bu səbəbdən seçkiyə qatılmırlar.

i4(1) i3(4)

Yenicag.az

www.yenicag.az

115