İŞİD döyüşçülərinin yaxalanma anı

Mosulun qərb tərəfində terror təşkilatı olan İŞİD-ə qarşı keçirilən əməliyyatda çox sayda terrorçu yaxalanıb.

Yaxalanan İŞİD terrorçularının görüntüləri yayılıb.

İraq xüsusi təyinatlılarının keçirdiyi əməliyyatda saxlanılan İŞİD terrorçularının sayı barədə məlumat verilmir.

İraqlı general Abdul-Vahab əl Saadi bildirib ki, İŞİD tərəfindən maşınlara bombalar yerləşdirilib. Həmçinin snayperlər İraq qoşunlarının irəliləməsinə mane olur.

Yeniçağ.az