İŞİD dünya çempionunu edam etdi-Foto

isid-dunya-sampiyonunu-infaz-etmis-7533413_x_4176_oYenicag.az xəbər verir ki, İŞİD terror təşkilatı boks üzrə ikiqat dünya çempionu Valdet Gashini edam edib. Bir müddət əvvəl ailəsini Almaniyada qoyan boksçu İŞİDƏ qoşulmaq üçün Suriyaya gedib.

Lakin sonradan məlum olub ki, o, edam olunub. İki qızını və ailəsini tərk edərək Suriyaya yollanan Valdetin ölüm səbəbi ailəsi üçün də gözlənilməz olub.

Məlumata görə, Gashi Hələbdən qaçmaq istəyərkən həbs olunub və İŞİD tərəfindən öldürülüb.