İŞİD-ə qarşı yeni cəbhə açılır: “Hizbullah” da savaşa qoşulur

Livanın İranyönümlü “Hizbullah” şiə hərəkatının lideri İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı döyüşəcəklərini bəyan edib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Hizbullah” lideri Seyyid Həsən Nəsrullah bu barədə “Əl Manar” telekanalına canlı müsahibəsində danışıb.

Nəsrullahın sözlərinə görə, “Hizbullah”ın Livan-Suriya sərhədində İŞİD-ə qarşı hərbi əməliyyatlara başlaması hər iki ölkənin xeyrinə olacaq.

“Hizbullah” lideri İŞİD əleyhinə yeni cəbhənin nə zaman açılacağına Livan ordusunun qərar verəcəyini deyib: “Suriya ordusu və “Hizbullah” buna hazırdır”.

O, İŞİD-ə qarşı hücumların uğurlu olacağını və minimum itki ilə nəticələnəcəyini iddia edib.

Yenicag.Az

COP29