Türkiyədə polis 4 azyaşlı uşağı ilə birlikdə İŞİD terror qruplaşmasına qoşulmağa cəhd edən Böyük Britaniya vətəndaşı olan qadın saxlanılıb.
Bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, Londonun 33 yaşlı sakini Zahirə Tarik 4-12 yaşlarında olan dörd övladı ilə birlikdə avqustun 25-də “London-Siti” hava limanından yola düşüb.
Polis qadının planlarından məlumatsız olan qoyumlarının müraciətindən sonra məsələni nəzarətə götürüb.
Hazırda Zahirə Tarik həbs olunub, onun övladları üçün isə heç bir təhlükə yoxdur(APA).