İŞİD terror təşkilatının yaraqlıları Palmira şəhərinə hücuma keçiblər.
Yeniçağ.Az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, İŞİD yaraqlıları şəhərə 8 kilometrədək yaxınlaşıblar. Palmira yaxınlığında bir neçə yaşyış məntəqəsi və Əsəd ordusunun möhkəmləndirilmiş mövqeləri gecə hücümündan sonra İŞİD-in nəzarətinə keçib.
Xatırladırıq ki, antik şəhər Palmira 2015-ci ilin may ayında İŞİD-in nəzarətinə keçmiş, 2016-cı ilin mart ayında isə Suriya ordusu tərəfindən geri alınmışdı. Hazırda şəhər ətrafında qanlı döyüşlərin getdiyi bildirilir.
Yeniçağ.Az