İŞİD terror təşkilarının liderləri Mosulun qərbində Tell-Afar şəhərini müstəqil «dövlət» elan ediblər.
Yenicag.az-ın məlumatına görə, bu barədə Əl-Sumariya xəbər yayıb.
Tell-Afardaki İŞİD liderlərinin, qəsəbəni müstəqil dövlət elan etmələri sonrası əmrlərinə tabe olmayan sərt bir şəkildə cəzalandırmaqla təhdid etdiyini söylədi.
Məlumata görə, son bir neçə həftədə kütləvi edamlar nəticəsində yerli liderlər öldürüldükdən sonra Tell-Afar tamamilə ərəblər və xaricilərin nəzarətindədir.
Bütün bunlar İŞİD lideri Əbu Bəkr əl-Bəğdadinin ölümünün terror təşkilatı tərəfindən rəsmən təsdiqlənməsindən sonra baş verib.
Qeyd edək ki, İŞİD döyüşçüləri terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiq ediblər. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi mayın 28-də Rakka yaxınlığında aviazərbələr nəticəsində İŞİD liderinin həlak olduğunu ehtimal etdiyini bildirmişdi.