İŞİD hava limanını partlatdı

ed73740506a2216c7f7dcd38b2f80c15“İŞİD” terror təşkilatının silahlıları İraqın ikinci ən iri şəhəri Mosulda beynəlxalq hava limanında partlayışlar törədiblər.
Yenicag.az lent.az-a istinadən bildirir ki, hava limanına külli miqdarda ziyan dəyib.

2008-ci ildə ABŞ qoşunları Hərbi Hava Qüvvələrinin əsas bazası qismində beş il istifadə etdikləri hava limanının İraq hökumətinə təhvil vermişdilər.
Qeyd edək ki, paytaxt Bağdaddan 400 km şimal-qərbə yerləşən Mosul ötən ilin yayından “İŞİD”-in nəzarəti altındadır.