Yəmənin paytaxtı Səna şəhərində məscidlərdən birinə törədilən partlayış nəticəsində 32 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, İŞİD Yəməndəki qolu məsuliyyəti öz üzərinə götürüb. Yəmənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, silahlı hücum husi tərəfdarlarının olduğu el-Müeyyed məscidində baş verib. İlkin ehtimala görə, hücum zamanı 20 nəfər ölüb, sonradan xəstəxanalarda ölənlərin sayı 32-yə çatıb.
Hadisədən sonra İŞİD-ə bağlı olan “Səna Vilayəti” adlı şəbəkəninin twiter sosial şəbəkəsində partlayışın husilərdən intiqam almaq məqsədilə törədildiyini qeyd edilib.