Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İŞİD iki önəmli azərbaycanlı üzvündən birini edam etdi – Foto

HAMZATerror təşkilatı daxilə nəzarəti itirir

Dünyanın müxtəlif yerlərindən təkfirçi-xəvariclərin qatıldığı İŞİD artıq daxili nəzarəti itirməkdədir. Hər gün ixtilafların və qopmaların yaşandığı terror təşkilatında, öz üzvlərinə qarşı edamların da ardı kəsilmir.

Yenicag.az Türkiyənin nüfuzlu Timeturk.com saytında Furkan Azəri imzası ilə gedən xəbərə istinadən bildirir ki, İŞİD ən son iki mühüm təlimçisini həbs edib. Əslən Azərbaycandan olan Dəyanət (Həmzə Azəri) və Umeyir Azəri ”Təkfirçilikdə ifrata vararaq, fitnəyə səbəb olurlar” iddiası ilə həbs olunublar.

Sayt yazır ki, ”Umeyirin edam edildiyi,  Dəyanətin (Həmzə Azeri) aqibətinin isə hələ də bilinmir”.

Umeyir və Dəyanətin üstlərinindən xətt çəkilməsinin əsas səbəbinin İŞİD-in hərbi qanadının əmiri Ömər Şişani ilə aralarındakı şəxsi ixtilafın olduğu bildirilir.

Loading...

www.yenicag.az

667