!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-in 16 məsul şəxsi məhv edilib

!Reklam – Yazi

bf42c514af4b1f6d6a57aa8199fed106-300x225İraqın Ramadi şəhərində koalisiya qüvvələrinin keçirdiyi hava hücumu nəticəsində İŞİD-in 16 məsul şəxsi öldürülüb.

Bu barədə İraq Ordusunun Ənbar vilayətindəki hərbi hissəsinin komandiri İsmayıl əl-Məhləvi bildirib. Onun sözlərinə görə, İŞİD rəhbərlərinin toplantı keçirdiyi barədə məlumat daxil olub. İraq Ordusu və koalisiya qüvvələri toplantının keçirildiyi qərargahı bombalayıb. Nəticədə İŞİD terror qruplaşmasının rəhbərlərindən Ziya Adil Xəlil əl-Akavi və onun 15 köməkçisi məhv edilib.

Qeyd edək ki, bir gün əvvəl isə Suriyada İŞİD-in təlimçi-cəlladının məhv edildiyi barədə xəbər yayılıb. Britaniyanın “Deyli Star” nəşrinin məlumatına görə, Britaniya xüsusi təyinatlı qüvvələrinin snayperi Suriyanın şimalında 1200 metr məsafədən açdığı atəşlə terror qruplaşmasının bölgə üzrə “baş cəlladı” təlim keçdiyi yerdə, dəstə üzvlərinə qurbanın başının necə kəsildiyini öyrətdiyi an vurulub.

İraqın paytaxtı Bağdad şəhərində isə terror aktları törədilib. Şəhərin bir neçə yerində partlayışların törədilməsi nəticəsində 5 dinc sakin ölüb, 15 nəfər yaralanıb. Şəhərin küçələrindən birində isə odlu silahla öldürülmüş 1 qadın, 1 kişi meyiti tapılıb.

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv