Suriya mediası xəbər verir ki, sentyabrın 21-də Suriya Hava Qüvvələrinə məxsus təyyarələr Rəqqa şəhərini bombalayıb.
Bombardman nəticəsində İŞİD terror təşkilatının 142 terrorçusu öldürülüb. Öldürülən terrorçular İŞİD-in müxtəlif qollarına məxsus olublar.
Bunların içərisində “Xənsa”, “Həssəbah”, və “Azəri” briqadasına məxsus terrorçular olub. Bildirilib ki, 142 terrorçudan 40-ı “Azəri” briqadasına məxsus azərbaycanlı terrorçular olub. Onların komandiri Əbu Davud da öldürülənlər arasında olub(faktxəbər).