İŞID-ın bayrağı ilə İslama qarşı oynanan oyun

Aqil ƏLƏSGƏR yazdı: Nəyə görə, “Məhəmməd Allahın rəsuludur” deməkdən vaz keçməliyik?

959087_90fcf27579012f1b395fe655a4185c94İslam düşmənlərinin başlıca hədəfi bizi öz dəyərlərimizdən uzaqlaşdırmaq, bizə ən əziz olanların adını belə çəkməyə qorxmamızı təmin etməkdir. Bunu Conun, Matveyin ve ya Şaronun adı ilə etsə, müsəlmanlar fitnəni görər və buna müqavimət göstərər.

Bəs necə etməli? Çox sadəcə…

Müsəlman kimi görünərək… Allah ilə aldadaraq…

Bu gün İŞID adı ilə müsəlman aləminə elə xof salınıb ki, insanlar çaşbaş qalıblar. Müsəlman müsəlmanı suçlayır sırf geyimi, saqqalı oxşadığına görə. Fikirləri üst-üstə düşürmü, əhəmiyyət verən belə yox. Və artıq insanlar üzərində ərəbcə “Məhəmməd Allahın Rəsuludur ” yazılan nə görsələr, İŞID axtarırlar. Bax elə İŞID-ı ortaya çıxaranın da niyyəti budur. İŞID-ın loqo seçdiyi bu sözlər İslamın şərtlərindən biri, Kəlimeyi-Şəhadətin ayrılmaz hissəsidir…

Yəni, İŞID-ın əlinə bu bayrağı verənlər elə bir cümlə seçiblər ki, bu bayraqdakı sözü qəbul etməyən müsəlman ola bilməz…

Və hətta Kəlimeyi Şəhadətin birinci hissəsini qəbul edib, bu ikinci hissədə tərəddüt keçirən cənnətin qapısını belə görə bilməz…

Burada bir haşiyə.

Fətullah Gülənlə müsəlman camaatların arası onun papa ilə görüşündən daha çox bu sözlərə görə, dəydi: “… Hər kəs kəlimeyi-tövhidi əsas alaraq ətrafına baxışını yenidən nəzərdən keçirməli və islah etməlidir. Hətta kəlimeyi şəhadətin ikinci hissəsini, yəni” Məhəmməd Allahın Rəsuludur “hissəsini söyləmədən, yalnız birinci hissəsini təsdiq edən kəslərə rəhmət və mərhəmət baxışıyla baxmalıdır. Çünki, hədislərə görə, qiyamət günü Allahın sonsuz rəhməti elə bir təcəlli edəcək ki şeytan belə ümidə qapılacaq və bu rəhmətdən istifadə edib edə bilməyəcəyini maraq edəcək. Beləsinə alicənab bir mərhəmət qarşısında, bizim xəsislik etməmiz və bu xəsisliyi təmsil etməmiz təsəvvür edilə bilməz. Həm sonra bunun bizimlə əlaqəsi nə? Hökmranlıq Onun, xəzinə Onun, hamısı Onun qulları … Elə isə hər kəs həddi aşmaqdan çəkinməlidir”(  “Fasıldan Fasıla” kitabı).

Gülənin ardınca “Zaman” yazarı Ahmet Şahin “Əhli Kitabla aməntuda ittifaqımız var” deyərək, hocaəfəndisinin yolundan getdi.

Və o günə qədər Gülənə dəstək çıxan bütün müsəlman camaatlar onlarla münasibətlərinə yenidən baxdılar. Nədən? Çünki peyğəmbərlərə iman İslamın və İmanın şərtindən biridir. Bu şərtlərin birini belə qəbul etmədə tərəddüd edən nə müsəlmandır, nə də mömün…

Çünki burada söhbət xristian və yəhudilərlə hansısa qonşuluq əlaqələrindən deyil, birbaşa Allahın qoyduğu əmrdən söhbət gedir. Allahın əmri də son dərəcədə açıqdır:

Allahdan başqa ilah yoxdur.

Məhəmməd onun rəsuludur.

Ya bu əmri qəbul edib, müsəlman olarsan və Allahın rəhməti və bərəkəti sənin üzərinə olar, ya da qəbul etməyib, Allahın əmrinə qarşı çıxarsan və cənnəti birdəfəlik unudarsan… Çünki “mömün olmayan cənnətə girə bilməz”…

İndi görürsünüzmü İŞID-a verilən missiyanı? İŞID sadəcə “Allahu Əkbər” deyib, baş kəsmir. Bayrağı ilə belə insanları Allahın son Peyğəmbəri arasına nifaq salır…

Ona görə də, “Məhəmməd Allahın Rəsuludur” cümləsi kiminsə bayrağındadırsa, imanımızdanmı olmalıyıq? Onlar pislik etməkdən əl çəkmirlərsə, biz niyə Haqq olan dinimizdən vaz keçməliyik.

Unutmayaq ki, Həzrəti Məhəmmədin (sas) Peyğəmbərliyini qəbul etməyən deyil, tərəddüdlə qarşılayan belə müsəlman olmaq şərəfindən yoxsuldur və bu yoxsula cənnət haramdır…

 

  Aqil ƏLƏSGƏR