İŞİD-in “beyni” öldürüldü

88604Səddam Hüseynin “Sinek kralı” öldürülüb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, İraqın işğalından sonra ələ keçirilməyən yeganə BƏƏS (Panarabist şovinist partiya) elitasından olan, Səddam Hüseynin köməkçisi İzzət İbrahim əl-Durinin İŞİD və ordu qüvvələri arasında baş verən qarşıdurmalarda öldürüldüyü haqda məlumat yayılıb. Duri İŞİD-ın beyinlərindən biri hesab edilirdi.

O,Tikrit şəhəri yaxınlığında Hemrin dağı yaxınlığında baş verən atışmda öldürülüb.

Hələlik tapılan meyitin ona məsus olduğu dəqiq bəlli deyil. Aparılan DNT analizindən sonra ekspertin rəyi açıqlanacaq.

Səddamın oğulları və ailə üzvləri bir-bir yaxalansa da, Duri sirrə qədəm basmışdı. Qaçmağı bacaran yeganə BAAS üzvünün başına ABŞ-da 10 milyon dollar pul qoyulmuşdu.

Onun uzun müddət Suriyada gizləndiyi, sonradan İraq qayıdraq Mosulda yaşadığı iddia edilirdi. Qan xərçəngi olan Durinin dəfələrlə ölüm xəbəri yayılıb.