İŞİD-in əşirət planı

isid lideri olduruldu 18İraqın məşhur jurnalisti, “Əl-Ain əl-Maftuha” mükafatı sahibi Salih İlyas İŞİD-in İraqdakı əşirətlərlə əlaqəsindən yazdı. Jurnalist terror təşkilatının Mosulu əlində saxlamaq üçün əşirətlərdən istifadə edəcəyini iddia edir.

Yenicag.az xəbər verir ki, jurnalist Tikritin İŞİD-in əlindən çıxmasından sonra Ninova və ətrafındakı əşirətlər üzərində oyunlar oynandığını bildirib. 1 aprel 2015-ci ildə Tvitterdə yazdığı “Ninova əşirətləri bağlılıq andını yeniləyir və savaşa hazırlanır” mesaja diqqət çəkən Salih İlyas İŞİD-in Mühəndislər Həmkarlar İttifaqının toplantısında 80 əşirət liderinin terror təşkilatına beyət etdiyini bildirib.

Şəhər əhalisinin İŞİD-in qorxusu altında həbs həyatı sürdüyünü bildirən jurnalist bu əşirətlərin terror təşkilatı tərəfindən məcburi şəkildə istifadə edildiyini bildirib.

Yenicag.az

COP29