İŞİD-in gizli neft anbarı tapıldı – VİDEO

İraq ordusu gəlirinin böyük bir hissəsi neftin payına düşən İŞİD terror qruplaşmasına ağır zərbə endirib.

Yenicag.az Oilgas.az-a istinadən xəbər verir ki, ordu qruplaşmasının neft saxladığı gizli anbarı aşkar edib. Qruplaşmanın oğurladığı nefti bu anbarda gizlətdiyi məlum olub.

Yerin dərinliyində yerləşən anbar minlərlə ton nefti mühafizə etmək potensialına malikdir.