“İŞİD” terror qruplaşmasının üzvləri 140 dinc sakini edam edib.
Yeniçağ.az xəbər verir ki, bu barədə İraq Kürdistan Təhlükəsizlik Şurasının “twitter” səhifəsində məlumat verilib.
“2 gün ərzində “İŞİD” İraq ordusunun nəzarətində olan əraziyə qaçmağa çalışan 40 dinc sakini edam edib”, – deyə məlumatda qeyd olunub.
Terrorçular meyitlərdən bəzilərini elektrik dirəklərindən asıblar.
Qeyd edək ki, 2006-cı ilin oktyabrında İraq ordusu və ABŞ-ın rəhbərlik etdiyi koalisiya Mosulun azad edilməsi uğrunda hərbi əməliyyatlara başlayıb. Əməliyyat gedişində şəhərin şərq hissəsi azad edilib.
Mart ayında hakimiyyət qüvvələri Mosulda İŞİD terrorçularının tamamilə əhatəyə alındığını və Suriyadakı terrorçularla əlaqələrinin kəsildiyini açıqlayıb.
Aydan