İran kəşfiyyatının İŞİD-in içinə girdiyinə dair iddialar ortaya atılıb.
Yenicag.az xəbər verir ki, bu barədə xəbərlər dövlət rəsmilərindən Muhsin Rızai tərəfindən də təsdiqlənib. O, tədbirlərdən birində jurnalistlərə maraqlı açıqlamalar verib:
“İran kəşfiyyatı bölgənin ən böyük kəşfiyyat sistemidir. İŞİD-dən ələ keçirilən sənədlərin yayınlanmasından sonra bizim bu terror qruplaşmasının da içinə sızmağı bacardığımızı görəcəksiniz. Hazırda hətta sərhədlərimizdən kənarda da terrora qarşı mübarizə aparırıq. Amma İranın təhlükəsizliyi bölgədəki ölkələrin təhlükəsizliyinə bağlıdır”.