!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-in məşhur cəlladı məhv edildi – FOTO

!Reklam – Yazi

752479_467890İŞİD cəlladlarından biri olan və “Cihadi Con” kimi tanınan Məhəmməd Əmvazi Suriyada ABŞ HHQ-lərinin hədəfinə çevrilib. The Washington Post qəzetinin yazdığına görə, bu haqda Amerika müdafiə nazirinin mətbuat katibi Piter Kuk bildirib. Onun sözlərrinə əsasən, aviazərbə İŞİD-çilərin əsas şəhərlərindən olan Rəqqa şəhərinə endirilib.

FaktXəbər-in verdiyi məlumata əsasən, Pentaqon nümayəndələri “Cihadi Con”un məhv edildiyindən 99% əmindirlər, çünki raket zərbəsi onun avtomobilə mindiyi an endirilib.

Xatırladaq ki, britaniyalı Məhəmməd Əmvazinin ilk görüntüləri İŞİD-in Suriyada əsir götürdüyü jurnalist Ceyms Foulinin edamı əks olunan videoda 2014-cü ildə yayılıb. Daha sonra o, ABŞ və Britaniyanın digər vətəndaşlarının edamında da iştirak edirb. Bir müddət öncə Əmvazi Birləşmiş Krallığa qayıdıb orada da “baş kəsəcəyini” elan edərək hədələr səsləndirmişdi.

Küveytdə dünyaya gələn 27 yaşlı Əmvazi 1993-cü ildə Britaniyaya köçüb. 2009-cu ildə Britaniya hökuməti “Cihadi Conun” Somalidə fəaliyyət göstərən “Əş-Şəbab” terror qruplaşmasıyla əlaqədə olduğu haqda məlumat əldə edib.

Yenicag.az

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv