İŞİD-in yeni lideri də öldürüldü

İŞİD terror qruplaşmasının lideri Əbu əl-Həsən əl-Quraşi öldürülüb. 

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu ilin martında İŞİD-in keçmiş liderinin öldürüldüyü məlum olduqdan sonra Quraşi İŞİD-in yeni lideri seçilmişdi.

Qeyd edək ki, terrorçu qruplaşma məlumatı hələlik təsdiqləməyib. /Unikal/