İŞİD-in yeni lideri də öldürülüb? – Tramp açıqladı

Ötən günlərdə İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi ilə bağlı məlumat vermişdik.

Yenicag.az xəbər verir ki, onun ölümündən sonra yerinə təyin edilmiş xələfi də bu gün məhv edilib.

Məlumatı ABŞ Prezidenti Donald Tramp yayıb. Tramp bildirib ki, ABŞ əsgərləri Bağdadinin xələfini də öldürüb.

Ancaq öldürülən terror liderinin adı açıqlanmayıb.

Qeyd edək ki, Bağdadinin ölümündən sonra İŞİD terror qruplaşmasına Abdullah Qardaşın rəhbərlik ediləcəyi bildirilib.

Həşim Səhrablı