İraq ordusu İŞİD-in ölkədəki son dayaq nöqtələrini də ələ keçirib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, İraq silahlı qüvvələri Suriya ilə sərhəddə yerləşən Əl-Kaim şəhərini terrorçulardan tam azad edib. Hansı ki, bu şəhərin terrorçuların son dayaq nöqtəsi olduğu bildirilir.