Kanada xüsusi xidmət orqanları İraqda İŞİD terror qruplaşmasının üzvləri ilə atışmaya düşüb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bu haqda “Əl Ərəbiyə” teleknalı bildirib.
Kanada generallarından biri bildirib ki, atışma İraq liderləri ilə aparılan müzakirələrdən sonra baş verib. Daha əvvəl bildirilirdi ki, İŞİD terror qruplaşması yezidilərin 200-dən çox əsirini azad edib.
Qeyd edək ki, 2014-cü ilin iyunun 29-da İŞİD “İslam xilafəti” adlı qondarma dövlətin yaradılması və Abu Bəkr əl-Bağdadinin xəlifə təyin edilməsi ilə bağlı qərar qəbul edib. Terrorçular Suriyada, İraqda döyüşlər aparırlar.
Onlar ələ keçirdikləri ərazilərdə “şəriət” qaydaları ilə idarə etdiklərini deyirlər.