İŞİD İraqdakı xalq kitabxanasını bombalayıb.
Yenicag.az xəbər verir ki, Mosul şəhərində yerləşən qədim kitabxanada 9 min nadir əsər kül olub. “Yahoo Finance”a danışan kitabxana rəhbəri Ganim Əl-Taan kitabxananın düşülmüş şəkildə dağıdıldığını qeyd edib. O, İŞİD hərbiçiləri tarixi əlyazmaları məhv etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, kitabxana 1921-ci ildə tikilmişdi. Bilik ocağında 18-ci əsrdən qalma əsərlər toplusu saxlanılırdı.