!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD komandirlərini ABŞ xilas edib?

!Reklam – Yazi

Suriya ordusunun Deyrizor şəhərində apardığı uğurlu əməliyyatlar nəticəsində çarəsiz qalan və xilas olmağa çalışan 20-dən çox İŞİD komandarinin buradan ABŞ hərbi hava qüvvələrinin köməyi sayəsində təxliyyə edildiyi bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın “Ria Novosti” agentliyi məlumat yayıb. Agentlik rəsmi Vaşinqtonun həmin terrorçuların təcrübəsindən başqa yerlərdə yararlanmağı hədəflədiyini iddia edir: “Avqustun 26-da Deyrizor şəhərindən ABŞ hərbi hava qüvvələrinə aid iki helikopterlə gecə saatlarında 2 İŞİD sahə komandiri evakuasiya edildi. Ayın 28-də isə Deyrizorun cənub-şəqrindən təxminən 20 terrorçu xilas olunub”.

İfadələri alınan terrorçular ABŞ-ın gizli xidmətlərinin sahə komandirlərini dəstəklədiyinə dair çoxlu məlumata malik olduqlarını söyləyiblər. İddiaya görə, bu, ABŞ-ın İŞİD terrorçularına ilk belə dəstəyi deyil. Rəsmi Vaşinqton may ayında da İŞİD komandirlərini təxliyə etdiyi qeyd olunur.

www.yenicag.az

4336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv