Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İŞİD lideri həqiqətən ölüb?  

Bir neçə gün əvvəl Rusiyanın ortaya atdığı “İŞİD lideri Bağdadi böyük ehtimalla öldürülüb” iddiasından sonra hər kəsin beynində şübhələr yaranıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyadan sonra İran və İraq da bu iddianı təsdiqləyərək Bağdadinin öldüyünü açıqladılar. Bəs görəsən, Bağdadi həqiqət ölüb?

Məlum olduğu kimi İŞİD-in yarandığı ilk vaxtlardan indiyə kimi tez-tez mediada Bağdadinin öldürüldüyü xəbəri yayılıb. Ancaq hər dəfə xəbərlərin yalan olduğu üzə çıxıb. Bu dəfə ölüm xəbərinin yanlış olduğunu isə Əl-Kuds Əl-Arabi qəzeti yazdı.

Xəbərə görə, İŞİD dosyesini birbaşa izləyən və birinci mənbədən məlumatlar əldə edən bəzi qaynaqlar, Bağdadinin Mosul və ya Rakka şəhərində öldüyünü təkzib edib. Sələfi cihadçılara yaxınlığı ilə tanınan bu qaynaq, Bağdadi başda olmaqla İŞİD liderlərinin İraqın Mosul və Suriyanın Rakka şəhərlərini iki ay əvvəl tərk etdiyini və hazırda təhlükəsiz yerdə olduqlarını iddia edib.

Digər tərəfdən Bağdadinin ölüm xəbəri ilə bağlı hər hansı bir rəsmi açıqlama verməyən İŞİD, Mosulun qərbindəki Təlafər bölgəsində Bağdadinin ölümü barədə danışana 50 şallaq cəza veriləcəyini açıqlamışdı.

Yenicag.az

www.yenicag.az

415
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM