!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD liderini gətirənə – 5 milyon mükafat

!Reklam – Yazi

ISIS / ISIL / Waffen / @albaraka_news

ABŞ Dövlət Departamneti İŞİD terror təşkilatının liderlərindən olan Əbu Məhəmməd Əl-Şimalinin tutulmasına kömək edənlərə 5 milyon ABŞ dolları mükafat verəcək.

ABŞ Xarici İşlər Nazirliyi də məlumatı təsdiqləyib.

Məlumata görə, “Ədalət üçün mükafat” proqramı çərçivəsində İŞİD üçün xarici döyüşçülərin Suriyaya nəqliyyat vasitəsilə getməsi və çatması məsələsində Əbu Məhəmməd Əl-Şimali əhəmiyyətli rol oynayıb. Əl-Şimali 2005-ci ildən bəri Əl-Qaidə və daha sonra da İŞİD üçün çalışıb. O, həmçinin İŞİD-in İmmiqrasiya və Logistika Komitəsinin əsas liderlərindən biridir.

ABŞ Xarici İşlər Nazirliyi əl-Şimalinin xarici döyüşçülərin Türkiyə və Suriyanın Cerablus şəhərinə nəqliyyat yolu ilə çatdırılmasına rəhbərlik etdiyini açıqlayıb.

Qeyd edək ki, Diplomatik Təhlükəsizlik Bürosu “Ədalət üçün mükafat ” proqramı çərçivəsində 1984-cü ildən indiyədək 80 nəfərə 125 milyon dollar ödəniş edib(Aznews).

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv