İŞİD liderinin şok səs yazısı yayıldı

 

econ_isis37__01__970İŞİD Terror Təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin yeni səs yazısı yayılıb. İŞİD-ə bağlı sosial media hesablarından paylaşılan mesajda hava hücumlarının onları zəiflətmədiyi iddia edilib.

Yenicag.az xəbər verir ki, mesajda  bildirilib ki, hava hücumları onların “dövlətini daha da gücləndirir”.

Bağdadi tərəfdarlarına “iki halda da qazanacağıq: ya zəfər, ya cənnət” deyə, mesaj verib.

Səs yazısında təhdid olunan ölkələr arasında ABŞ və Rusiya xüsusi diqqət çəkib. İŞİD lideri örgütü hədəf seçən bütün dövlətlərin qarşılığını alacağını da sözlərinə əlavə edib.

Qeyd edək ki, İŞİD-in İraq və Suriyada nəzarət altında saxladığı ərazi 2014-cü ilə nisbətdə yüzdə 14 faiz kiçilib. Belə ki, 1 yanvar 2015-ci ildə 90 min km metr olan ərazi 12800 km metr azalaraq, 78 km metr olub.

COP29